Ermənistanda panika: Rusiya torpaqları Azərbaycana qaytarır? - Politoloq

Ermənistanda panika: Rusiya torpaqları Azərbaycana qaytarır? - Politoloq
Erməni portalı yazır ki, son dövrlər Rusiya xüsusi xidmət orqanlarının agentləri Ermənistana və Qarabağa baş çəkməyə başlayıblar. Qeyd edilir ki, Rusiya agentlərinin Qarabağa baş çəkmələrinin əsas hədəfi buradakı əhalinin ərazilərin Azərbaycana qaytarılması ilə bağlı əhval-ruhiyyəsini öyrənməkdir:

"Hazırda Qarabağ Rusiya xüsusi xidmət orqanlarının hədəfindədir. Rusiya agentləri ərazilərin Azərbaycana qaytarılması prosesini hazırlayır”.

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, bu ermənilərin dezinformasiyadır.
 
 

Politoloq qeyd edib ki, Rusiya orada öz hərbi bazasını yerləşdirmək və gələcək strateji niyyətlərini reallaşdırmaq üçün müəyyən işlər apara bilər:
"Şuşada Radiolakasiya Stansiyası tikməyi planlaşdırır. Ermənilər də hələ ki, buna razılıq verməyib. Xüsusi xidmət orqanları Dağlıq Qarabağdakı əhalinin əhval-rihiyyəsini çox yaxşı bilməlidir. Onların səsləndirdi bu fikirlər nağıllara bənzəyir. Rusiyanın bu gün gündəmində Dağlıq Qarabağın Azərbaycana verilməsi ilə bağlı əhali rəyini öyrənmək və digər məsələlər yoxdur. Rusiya heç buna vaxt da itirməz. Vermək istəsə verəcək, kiminləsə məsləhətləşməyəcək. Təbii ki, bəyənən erməni qalıb yaşayacaq, bəyənməyən də tərk edəcək". 
 
 

Millət vəkili Fazil Mustafanın fikrincə, belə bir fikirlər ola bilər:
"Ancaq Rusyanın əraziləri Azərbaycana geri qaytarılması və bu cür planı hələ ki, yoxdur. Bunu yalnız Rusiyanın xarici siyasətində dəyişikliklərin baş verməsi nəticəsində proqnozlaşdırmaq mümkündür. Amma şərtlərdə sözügedən məsələnin müzakirə olunması görünmür. Bu da üzücüdür ki, Qarabağ məsələsinin həllində Rusiyanın indiyə qədər konstruktiv mövqe tutmaması ciddi problemlər yaradır". 
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR