Politoloq: İran parlamentində baş verən insindentin arxasında ABŞ və İŞİD dayanır- SENSASİON AÇIQLAMA
13:18 / 07.06.2017
1692
Xəbər verildiyi kimi, İran parlamentində atəş səsləri eşidilib. Məlumata görə, parlamentə 3 silahlı daxil olub, iki nəfər yaralanıb, 7 nəfər ölüb, 4 nəfər isə girov götürülüb. "Tasnim” xəbər agentliyinin verdiyi məlumata görə, dünən axşam saatlarından bəri bir qrup etirazçı parlamentin qarşısına toplaşıb. İnsidentin hazırda davam etdiyi bildirilir.
Baş verən bu insidentdən bir müddət sonra Ayətulla Xomeyninin türbəsinə də atəş açılıb.
Məsələ ilə bağlı Sfera.az-a münasibət bildirən politoloq Natiq Miri söyləyib ki, bu, İranın daxilindəki siyasi güc mərkəzlərinin yaratdığı münaqişənin nəticəsi deyil.
Politoloqun sözlərinə görə, əksinə xaici amillərin bilavasitə təsiri ilə baş tutan terraktdır:
"Çünki parlamentə müdaxilə edənlərin içərisində özünü partlatmaq istəyən kamikadzelər olub. Bu da terror ünsürlərinin ortalığa qoyduğu üsuldur. Ayrıca, İsrail mənbələrinin verdiyi kəşfiyyat məlumatları da göstərir ki, bu hadisəni İŞİD terror qruplaşması tördəib. İŞİD-in törətdiyi bütün terror hadisələri gözlənilməz olur. Bu da bütün dövlətlər də və cəmiyyət də qorxu hissi yaratmaqdır. İran isə qruplaşmanın bu səviyyədə terror törədəcəyini gözləmirdi".
Politoloq bu gün regionda baş verənlərin Yaxın Şərqdəki olaylara yönləndirdiyini dedi:
"Çünki körfəzi ölkələri ilə ərəb ölkələri arasında münaqişə mövcuddur. Demək olar ki, Qətər bütün ərəb ölkələri tərəfindən təcrid olunub. Qətərin İranla bütün mənalarda çox ciddi əlaqələri var. Bu konteksti də diqqətdən qaçırmaq lazım deyil ki, bir neçə gün bundan öncə ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfər etdi və Yaxın Şərqdəki müsəlman ölkələrinin liderləri ilə görüşdü. Orda da İran məsələsi çox ciddi müzakirə obyekti oldu. Baş verən hadisəni də bu kontekstdə dəyərləndirmək lazımdır. Çünki siyasətdə təsadüflər olmur. İran öz növbəsində bu məsələni az sonra terror kimi dəyərləndirəcək".
Gülnarə Eynullaqızı
Sfera.az