Ər-Riyaddan Qətərə barışıq üçün 10 şərt

Ər-Riyaddan Qətərə barışıq üçün 10 şərt

Ər-Riyad Qətərlə münasibətlərin düzəlməsi üçün rəsmi Dohaya qarşı 10 şərt irəli sürüb.

Sfera.az xəbər verir ki, bu barədə informasiyanı "Skay Nyus Arabia” televiziyası yayıb.

Ər-Riyad şərtlərinin yerinə yetirilməsi üçün Qətərə 24 saat vaxt verib. Təqdim olan şərtlərdə xüsusilə, İranla münasibətlərin dayandırılması, Müsəlman Qardaşları və HƏMAS-ın bütün nümayəndələrinin ölkədən kənarlaşdırılması tələb edilir. Qətər hökuməti həmçinin bu şəxslərin hər birinin bank hesabını bağlamalıdır.

Ər-Riyad həmçinin Qətərdən "Əlcəzirə” televiziyasının öz redaksiya siyasətini dəyişdirməsini tələb edib.


Sfera.az

OXŞAR XƏBƏRLƏR