İran parlamentində kamikadze özünü partladıb: 35 yaralı - YENİLƏNDİ

İran parlamentində kamikadze özünü partladıb: 35 yaralı - YENİLƏNDİ

Naməlum şəxslər İran parlamentinə hücum edərək ətrafa atəş açıb.

"Fars” və "Mehr” agentlikləri parlamentdən hələ də silah səsləri gəldiyini yazıb. "Tasnim” agentliyi isə parlamentdə bəzi şəxslərin girov götürüldüyünü və silahlı atışmanın davam etdiyini bildirib.

Həmçinin, üç silahlı şəxsin iki nəfəri yaraladığı vurğulanır.

***

Millət vəkili İlyas Həzrəti İRİB agentliyinə iki kişinin "Kalaşnikov” avtomatı, bir kişinin isə tapança ilə hücum etdiyini bildirib.

***

"Fars" agentliyinin verdiyi məlumata görə, parlamentə hücum edən şəxslər millət vəkilləri ilə görüşmək adı ilə binaya daxil olublar.

Hazırda parlamentin qapıları bağlanıb və hücum edənlər mühasirəyə alınıb. Son məlumatlara görə, mühafizəçilərdən biri atışma zamanı həlak olub.

Parlamentdən millət vəkilləri və jurnalistlərin çıxmasına icazə verilmir. Cinayətkarlardan ikisi yaralanaraq tutulub.

Parlamentdə olan müxbirlər mühafizəçinin həlak olmasını təsdiqləməyib.

***

 

İran parlamentindəki atışmalarda 7 nəfər həlak olub.

Bu barədə informasiyanı "Tasnim" agentliyi yayıb. Agentlik terrorçuların əlində 4 nəfərin əsir olduğunu bildirib.


***

Parlamentdə gizlənən "İran” qəzetinin müxbiri son dəqiqələrdə atışmanın şiddətləndiyini öz Tvitter səhifəsindən paylaşıb.

Terrorçulardan 1-inin məhv edildiyini isə "Tasnim" agentliyi yayıb.

***

İLNA İran parlamentinin daha bir korpusunda atışma başladığı barədə xəbər yayıb.

***

 

Tehran Təcili Tibbi Yardım Mərkəzi teraktlar zamanı 35 nəfərin yaralandığı ilə bağlı məlumat yayıb. Yaralılardan 1-i xəstəxanaya aparılarkən yolda ölüb. Səhiyyə naziri Tehrandakı xəstəxanaların hamısının hazır vəziyyətə gətirildiyini bildirib.

***

ETTALAAT-ın Terrorizmə Qarşı Mübarizə İdarəsinin rəisi terrorçulardan birinin parlament binasında özünü partlatdığını açıqlayıb.


 

Sfera.az


OXŞAR XƏBƏRLƏR