Ermənistanda panika: Moskva işğaldakı əraziləri qaytarır...

Ermənistanda panika: Moskva işğaldakı əraziləri qaytarır...

Dağlıq Qarabağ məsələsi ətrafında qeyri-müəyyənlik davam edir. Bu fonda müharibə ilə bağlı xəbərdarlıqlar artmaqdadır. Bəzi məlumatlara görə, yaranmış kritik durum konfliktin əsas memarı sayılan Rusiyanı da rahatsız etməyə başlayıb. O üzdən müharibə riskini sıfırlamaq üçün Kremlin nəsə etməyə və tərəflərə, xüsusən də Ermənistana təzyiq göstərməyə hazırlaşdığı haqda iddialar var.

İstənilən halda, Qarabağ münaqişəsi zonasında vəziyyət heç vaxt olmadığı qədər Moskvanın siyasi-diplomatik fəallığından asılı duruma gəlib. İndi bir növ Kreml də seçim qarşısındadır. Bu xüsusda işğalçı ölkə mediasında son günlər gedən məqalə və təhlillərdə Moskvanın Qarabağ məsələsində verə biləcəyi mümkün qərarlardan dolayı Ermənistanda özünü göstərən təlaş diqqət çəkir. Bu təlaşa və panik ovqata əsas yaradan faktorlardan biri və birincisi isə Ermənistanın müstəqil siyasət yürütmək iqtidarında olmaması, onun Kremldən vassal asılılığıdır.

Ermənistan yalnız formal planda müstəqil ölkədir, mahiyyət etibarilə isə o, nəinki Rusiyanın periferiyasıdır, həm də onun forpostu və poliqonudur.

Bu barədə 1 in.am erməni nəşri yazıb.

Portal qeyd edir ki, belə ərazi vahidləri (yəni Ermənistan-red.) özlərinin de-yure müstəqil statuslarına rəğmən, müstəqil siyasətçi sayılacaq subyektlər deyil və mərkəzdən nə əmr gəlsə, onu sözsüz yerinə yetirir.

Yazıda daha sonra gələn il - parlamentli respublikaya tam keçid ilində Ermənistanın yeni səlahiyyətlərə malik olacaq baş nazirindən Qarabağ məsələsində gözləntilərdən də söz açılır: "Konkret halda təbii ki, 2018-ci ildə Ermənistan hökumətinin nominal tərkibinin necə olacağı və yaxud erməni kapitulyasiyasının simvolu kim olacaq - prezident, yoxsa baş nazir, - bu, ikinci dərəcəli əhəmiyyət daşıyır. Rusiyanın marağındadır ki, Ermənistandaxili proseslər üçün bir faktor var: Rusiya istəməz ki, Ermənistanda hakimiyyət Kremlin geosiyasi rəqiblərinin əlinə keçsin, Ermənistan Avrasiya İqtisadi Birliyinin, KTMT-nin, Rusiya üçün mühüm olan digər birliklərin dağıdılması üçün istifadə olunsun", - deyə rusiyalı politoloq Sergey Markov bildirib. Onun sözləri tamamilə sinik səslənsə də, situasiyanı obyektiv əks etdirir. Ermənistan təəssüf ki, Rusiyanın forpostuna çevrilib - o Ermənistan ki, hətta Kremli maraqlandırırsa belə, yalnız KTMT və Avrasiya Birliyinin maraqlarına xidmət edən poliqon statusunda maraqlandırır. Bu, təkcə Serj Sərkisyanın yox, həm də Ermənistanın birinci və ikinci prezidentlərinin Rusiya təbəəçiliyini qəbul eləməsinin, siyasi sistemin keyfiyyətsizliyinin nəticəsidir".

Erməni portalın bundan sonrakı qeydləri daha maraqlı sayıla bilər: "Bu günlər Rusiyanın hərbi-siyasi rəhbərliyi Ermənistanın forpostlaşmasını möhkəmlətmək və ya ölkəmiz ərazisində yerləşən Rusiya hərbi bazasının təzədən təchizi üçün yeni təşəbbüsü müzakirə edir. Rusiyanın "Voennoe obozreniye” ("Hərbi icmal”) nəşri xəbər verir ki, yəqin tezliklə Şimal Hərbi Dairəsinin 14-cü qırıcı aviasiya alayından Erebunidəki Rusiya bazasına MiQ-29 qırıcıları köçürüləcək. Əlbəttə ki, bizim Rusiyaya sadiq yetkililərimiz hay-küy qaldıracaqlar ki, bəs bununla bizim təhlükəsizliyimiz güclənir. Ancaq bu, primitiv demaqogiyadır. Ona görə ki, bizdəki Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyinə heç bir dəxli yoxdur. Və hətta ehtimal eləsək ki, məsələn, Türkiyə təhlükəsi realdır, o zaman çətin ki, Ərdoğanın dostu Putin Ermənistanı onun hədələrindən qorusun - bu illüziyadır".

Məqalədə deyilir: "Söz düşmüşkən, Moskvanı erməni maraqları düşündürmür. O, hətta bu maraqlara qarşı hərəkət edir. Bunu başqa bir rus nəşrindəki məqalə doyası ilə təsdiq edir. Məlum olur ki, bizim sözəbaxan yetkililərimizin rüsxəti ilə Rusiya xüsusi xidmətinin agentləri ”DQR"ə (dırnaqlar bizimdir - red.) baş çəkməyə başlayıblar. Onlardan biri isə hətta "Moskovskiy komsomolets” nəşrinin əməkdaşı ilə görüşüb və niyə ikinci erməni respublikasına baş çəkməsindən danışıb. Onların əsl məqsədi - Azərbaycana ərazilərin qaytarılması məsələsində Qarabağdakı əhalinin ovqatını öyrənmək olub. Belə demək olar ki, Rusiyanın xüsusi xidmətləri Qarabağda erməni maraqları əleyhinə yönəlmiş diversiya fəaliyyəti ilə məşğuldur. Rusiya "xüsusiləri” mahiyyət etibarilə ərazilərin Azərbaycana qaytarılmasını hazırlayır".

Əslində problem ətrafındakı son durum diktə edir ki, böyük müharibədən qaçmaq naminə işğaldakı ərazilərin heç olmasa, bir qismi tezliklə öz sahibinə qaytarılsın - qeyd şərtsiz. Əgər Ermənistan böyük və dağıdıcı müharibəyə tuş gəlmək istəmirsə, ayrı yol qalmayıb. Müharibə gələndə isə heç kimdən soruşmur.

Zatən erməni cəmiyyətində bununla bağlı da bir panik ovqat yaşanmaqdadır. Hərçənd erməni politoloq Manvel Sərkisyan cəbhədəki insidentləri genişmiqyaslı müharibənin mümkünlüyü ilə əlaqələndirməyin əleyhinədir:

"Bu, ən zəif həlqədir, çünki müharibənin təmas xəttinə heç bir aidiyyəti yoxdur. Müharibə - tamamilə ayrı bir qərardır. Təmas xəttində güllələr bütün ilboyu ola və qəfildən müharibə başlaya bilər. Yaxud əksinə, daimi atəşlər müharibəyə gətirməyə də bilər. Müharibə - qərar vermək deməkdir. Bu qərara yardımçı ola, provokasiya törədə bilərlər. Aprelə kimi biz belə təxribatları görmüşük”.

Göründüyü kimi, düşmən ölkədə həqiqətən də Qarabağla bağlı həyəcan artıb. Bu da Ermənistanın gerçək yiyəsi Rusiyanın problemlə bağlı hansısa qəfil qərar verə biləcəyi ehtimalından qaynaqlanır. Ermənilər, deyəsən, indi-indi anlamağa başlayıblar ki, Dağlıq Qarabağ məsələsində Kreml üçün "erməni maraqları” deyilən məfhum mövcud deyil. (musavat)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR