Qətər Hava Yollarının lisenziyası ləğv edilib
Dünya
17:29 / 06.06.2017
989
Səudiyyə Ərəbistanı Qətər Hava Yollarının lisenziyasını ləğv edib.
Terrora dəstək verməsi səbəbi ilə Qətərlə diplomatik əlaqələrini kəsdiyini bildirən Səudiyyə Ərəbistanı bu gün Qətər Hava Yollarının lisenziyasını ləğv edib və şirkətin bu ölkədə yerləşən bütün ofislərinin bağlanması üçün 48 saat vaxt verib.
Ötən gün Ərəbistan "Əc-Cəzirə” kanalının ölkədə yayım hüququnu da ləğv etmişdi.
Sfera.az