Dollar bahalaşacaq? - Ekspert şərhi

Dollar bahalaşacaq? - Ekspert şərhi
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7022 səviyyəsində formalaşıb. 

Sfera.az-a dolların yenidən bahalaşma ehtimalının olub-olmadığını şərh edən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, valyuta bazarında yanvardan sonra sabitlikdir. 
 


Ekspert qeyd edib ki, milli valyutamız möhkəmlənməyə, yəni bahalaşmağa fevral ayının ortasından başladı ki, buna da səbəb, həm neftin dünya bazarlarında qiymətlərinin bundan hələ bir neçə ay öncə sabitləşməsinin müsbət nəticəsinin nəhayət, ölkə daxilində də özünü büruzə verməsi, cari ilin yanvar ayından iqtisadi tənəzzüldə artıq, cüzi də olsa dönüşün yaranması, idxalın məhdudlaşdırılması və ölkədən kənara valyuta axınına nəzarətin gücləndirilməsi tədbirlərinin müvafiq effekt verməsi, o cümlədən valyuta bazarımızda mübadilə qaydalarının dəyişdirilməsi, xüsusən də "qara bazarın" ləğvi, ümumiyyətlə, bir sıra mövcud spekulyasıya elementlərini aradan qaldırmaq məqsədilə banklar üçün müəyyən edilmiş -+ 4 %-lik marjanın ləğvi addımı olmuşdur:
"Mərkəzi Bank (AMB) dövriyyədən nəğd manat kütləsini bütün mümkün vasitələrlə yığışdırması və ölkədə hazırda da  sərt pul-kredit siyasəti həyata keçirilməsi də az əhəmiyyət daşımadı. Dövriyyədən manat həcminin məhdudlaşdırımasına paralel olaraq, digər tədbirlər də həyata keçirildi. Məsələn, nağd əməliyyatların ləğv olunması  və sair kimi addımların atılmasını misal göstərmək olar. Odur ki, AMB tərəfindən keçirilən hərraclarda Dövlət Neft Fondu (SOFAZ) 2017-ci ilin yanvar ayında 285 milyon dollar satmışdısa, fevralda bu rəqəm 258,4 milyon, martda 250, apreldə isə 220,8 milyon dollara endi. Mayda sözügedən rəqəm bir qədər çox təşkil edib: 300,3 milyon ABŞ dolları məbləğində. Ümumilikdə cari ilin ilk 5 ayı ərzində 1 milyard 314,5 milyon dollar valyuta satılıb".

Ekspertin fikrincə, ölkədə dollara tələb əvvəlki kimi deyil:
"Əvvəla, əhalidə nəğd manat kütləsi yoxdur. İkincisi, spekulyasiya elementləri üçün faktiki heç bir şərait saxlanılmayıb. Üçüncüsü, idxal daxili bazarda alıcılıq qabilliyyəti endiyi üçün effektliliyini itirib. Odur ki, həm buna, həm də digər səbəblərə görə ticarət və tədiyyə balansında da müsbət meyillər təşəkkül tapıb və sair O cümlədən, məsələn, Beynəlxalq Bankla vəziyyətə müəyyən aydınlıq gəlib. Bu siyahını bir az da uzada bilərəm. Odur ki, AMB-in sədri Elman Rüstəmov da bu yaxınlarda bəyan etdi ki, manatın dəyəri ilin sonunadək sabit qalacaq. Ümumiyyətlə, sonuncu dəfə dolların məzənnəsində rekord səviyyə fevralın 1-i tarixdə qeydə alınmışdı - 1,9200 manat. Həmin həddin təkrar olunacağı az ehtimal olunandır. Olsa da, cari ilin sonunda baş verə bilər".
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR