Ərəb dövlətlərində dərin dəyişikliklər baş verəcək - ŞƏRH

Ərəb dövlətlərində dərin dəyişikliklər baş verəcək - ŞƏRH
Səudiyyə Ərəbistanı və daha bir neçə ölkənin Qətərlə siyasi-iqtisadi münasibətlərini kəsməsi ərəb dünyasında yeni parçalanma tendensiyası kimi qiymətləndirilir. Qətərin Bəhreyndə pozuculuq fəaliyyəti ilə məşğul olması və İranla məxfi münasibətlər qurması haqda irəli sürülən iddialar Yaxın Şərqdə yeni situasiya yaradıb. Qeyd olunan səbəbləri əsas götürən Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən, Liviya, Maldiv Respublikası və Mavriki Qətərlə bütün əlaqələrin kəsildiyini bəyan ediblər. Eyni zamanda, Qətər vətəndaşlarının adları çəkilən ölkələri konkret müddət ərzində tərk etmələri tələb olunub. Ərəb dünyasında yeni parçalanma mərhələsinə keçid kimi qiymətləndirilən bu proseslər Yaxın Şərq regionunda onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirib.

Ərəb dövlətlərinin Qətərə qarşı qərarlarını Sfera.az-a şərh edən siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, bölgədə baş verənlər Qətəri boykot edənlərin heç birinə sərfəli sayılmır. 
 
 

Onun sözlərinə görə, bu krallıq bölgənin ən varlı dövlətdir:
"Qətərdə adamabaşına düşən gəlir 140 min dollardır. Bu ölkə dünyanın müxtəlif dövlətlərindəki şirkətlərə 335 milyard dollarlıq sərmayə qoyub. Üstəlik, dünyanın ən məşhur media vasitəsi "Əl-Cəzirə” bu ölkədə yerləşir. Ərəb dövlətləri ilə Qətərin problemi həm də "Əl-Cəzirə”nin fəaliyyəti ilə bağlıdır.  Həm boykotçular, həm də bokyot olunan ABŞ-ın bölgədəki müttəfiqlərdir. Bundan başqa, ABŞ-ın bu ölkədə hərbi bazası yerləşir. Pentaqon Qətərə münasibətin dəyişmədiyini bildirib. Görünür, münasibətlərdəki gərginliyin yaradılması qərbində maraqlarına xidmət edir. Çünki ABŞ prezidenti Donald Tramp terrorçuluğu dəstəklədiyi üçün İrana və terrorçuluğa qarşı ərəb dövlətlərini birgə mübarizəyə çağırıb. Hadisələr isə onun Səudiyyə Ərəbistanına səfərindən təxminən 10 gün sonra baş verib. Trampın çıxışından göründüyü kimi ərəb dövlətləri bir deyil. Əks halda o, həmin ölkələri birliyə çağırmazdı. Səudiyyə Ərəbistanı ilə Qətər arasında gərginlik isə ilk dəfə deyil baş verir. Boykotçular hesab edir ki, Doha bölgədə xaos toxumu səpir. Onlar Misir və Liviyada baş vermişləri buna örnək göstərirlər. Onda Səudiyyə Ərəbistanı qəzetçiləri Qətər əmiri Tamim bin Xamad əl-Tanini " terrorçu qruplaşmaların və dağıdıcı Tehran rejiminin maraqları üçün fəaliyyət göstərən dünyanın dahi günhakarı” adlandırmışdılar". 

S.Soltan qeyd edib ki, Səudiyyə Ərəbistanı  "Əl-Cəzirə”nin ölkədəki nümayəndəliyini artıq bağlayıb:
"Ancaq vəziyətin belə davam etməyəcəyi də istisna edilmir. Artıq Qətərin Xarici İşlər Nazirliyi Körfəz Dövlətləri, İqtisadi Əməkdaşlıq Şurası dövlətlərini danışığa çağırıb. Çünki krallığın əmiri vəziyyətin onun xeyirinə yekunlaşmayacağını da bilməmiş deyil. Qətər tarixində 5 dəfə hərbi çevirliş olub. Elə ndiki əmir də belə çevirlişin nəticəsində taxt-taca oturub. Ötən gün xaricdə yaşayan Qətər krallığı ailəsinin bəzi üzvləri əmir Tamim bin-Xamad əl-Taninin yürütdüyü siyasətdən narazı olduqlarını və  istefasına nail olacaqlarını bildiriblər. Odur ki, ərəb dövlətləri arasındakı mövcud birliyin dağılmasındansa perspektivə Qətərdə hakimiyyət dəyişikliyinin baş verməsi daha asan və sərfəli görünür. Ancaq bütün hallarda vəziyyətin dəyişəcəyi ehtimalı istisna edilmir. Nəzərə almaq lazımdır ki, bölgədə vəziyyət ərəb dövlətlərinin heç birinin, o cümlədən Səudiyyə Ərəbistanı və Qətərin də  xeyirinə deyil. Onları bir-birini sevməsələr belə birləşməyə məhkumdurlar. Əks halda bütün ərəb dövlətlərində dərin dəyişikliklərin baş verəcəyi ehtimalı böyükdür".
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...