Korrupsiyaya qarşı ciddi mübarizə aparılır - Fuad Ələsgərov

Korrupsiyaya qarşı ciddi mübarizə aparılır - Fuad Ələsgərov

 

 

Azərbaycan mədəniyyətlərarası dialoqun yaradılmasına böyük əhəmiyyət verir. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bir neçə beynəlxalq yarışlar, tədbirlər keçirilib. Bu gün Azərbaycan iqtisadi dayanıqlığa əsaslanan ölkədir. Ölkədə insan hüquq və azadlıqları təmin edilib.


Bunu Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında deyib.

F.Ələsgərov vurğulayıb ki, Azərbaycan iqtisadi dayanıqlığa əsaslanan ölkədir: "Ölkədə insan hüquq və azadlıqları təmin edilib”. O bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır.

Prezidentin köməkçisi xatırladıb ki, ölkədə bir sıra sosial layihələr həyata keçirilib. (report)

 

Sfera.az

 



OXŞAR XƏBƏRLƏR