Saçını boyamaq istədi - öldü
Dünya
22:42 / 05.06.2017
1085
Moskvada 20 yaşlı qız faciə ilə üzləşib.
Sfera.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Strelbişensk məhəlləsində binanın qarşısında bir qız meyiti tapılıb.
Qızın anasının sözlərinə əsasən, o, saçını boyamaq istəyib. Odur ki, saçının rəngini açmaq üçün gənc hidroperitdən istifadə edib. Dərhal halı pisləşən qıza yardım etmək üçün təcili yardım çağırılıb.
Havaya çıxarılan 20 yaşlı qız küçədə huşunu itirib. Hadisə yerinə gələn həkimlər onun öldüyünü bildirib.
Hazırda faktla bağlı araşdırma gedir. Hüquq-mühafizə orqanlarının əməkdaşları baş vermiş hadisənin təfərrüatlarını araşdırırlar.
| ]