Monteneqro rəsmi olaraq NATO-nun 29-cu üzvü oldu

Monteneqro rəsmi olaraq NATO-nun 29-cu üzvü oldu

Monteneqro rəsmi olaraq NATO-nun 29-cu üzvü olub.


Bununla bağlı Vaşinqtonda, ABŞ Dövlət Departamentin binasında xüsusi mərasim keçirilib.

Mərasim çərçivəsində Monteneqronun baş naziri Duşko Markoviç ölkəsinin Şimali Atlantika Alyansına qoşulmasına dair protokolu ABŞ dövlət katibinin müavini Tomas Şennona təqdim edib.

Mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR