Azərbaycan buna qadirdir... - Bəhreyn mətbuatı

Azərbaycan buna qadirdir... - Bəhreyn mətbuatı

Azərbaycan ən böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadir dövlətlərdən biridir.

Sfera.az xəbər verir ki, bu fikir Bəhreynin "Al-Bilad” saytında dərc olunan məqalədə əksini tapıb.

Yazıda qeyd olunub ki, Azərbaycan mayın 12-dən 22-dək IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib. Azərbaycan hökumətinin təqdim etdiyi logistik, texniki, maliyyə dəstəyi, həmçinin insan resursları sahəsində yüksək səviyyədə təşkil olunmuş tədbir İslamiadada iştirak edən 54 müsəlman ölkəsinin idmançıları tərəfindən razılıqla qarşılanıb.

"Bakı gözəl turizm məkanlarını təqdim etmək üçün idmana investisiya yatırır” sərlövhəli yazıda vurğulanır ki, ölkə malik olduğu infrastruktur, müasir arenalar, yüksək səviyyəli xidmət sahələri, nəqliyyat şəbəkəsi sayəsində Olimpiya Oyunlarına da ev sahibliyi edə bilər.

Diqqətə çatdırılıb ki, belə beynəlxalq səviyyəli idman tədbirləri Azərbaycanda turizmi gücləndirmək, qədim mədəniyyəti təbliğ etmək baxımından mühüm əhəmiyyətə malikdir. İdman qurğularının mötəbər yarışlara və çempionatlara ev sahibliyi üçün əsas elementlər hesab edildiyini yazan müəllif bildirib ki, Azərbaycan da beynəlxalq standartlara uyğun müasir arenalara malikdir. Azərbaycan İslamiadanı yüksək səviyyədə təşkil etməklə, idman dünyasında mühüm mövqeyini daha da möhkəmləndirib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...