Prezidentdən fərman: Nazirin müavinləri ilə bağlı qərar
20:30 / 05.06.2017
1115
Ədliyyə nazirinin müavinlərinin sayı artırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
"Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanına edilən dəyişikliyə əsasən, Ədliyyə Nazirliyinin Strukturunun 1-ci hissəsinə "Nazir müavini” beşinci bənd əlavə edilib.
Xatırladaq ki, bu gün general-leytenant Məhərrəm Əliyev Ədliyyə nazirinin müavini təyin edilib.
Sfera.az