Deniz Seki azadlıqda - fotolar

Deniz Seki azadlıqda - fotolar

Bakırköy həbsxanasında cəza çəkən müğənni Deniz Seki azadlığa çıxıb.

Sfera.az Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı ilk təəssüratları ilə bölüşüb:

"Mən sizlər üçün çox darıxmışdım. Xoşbəxtəm. Bir az dincəlmək istəyirəm. Səhərdən məni gözləyirsiniz, çox təşəkkür edirəm. Ayaqlarınız yorulmasın”.

İfaçı onu da əlavə edib ki, 2 gün sonra media nümayəndələri ilə görüş keçirəcək.

Daha sonra sənətçiyə ağ göyərçinlər verilib. O, göz yaşları içərisində göyərçiləri uçurub.

Qeyd edək ki, D.Seki Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək tutulub. O, məlum cinayəti törətdiyinə görə axtarışa verildikdən sonra polislərdən xeyli müddət gizlənmişdi.

 






OXŞAR XƏBƏRLƏR