Kənan M.M-dən Tunaya sərt sözlər: Pərvinlə bağlı “1000 manat” söhbətinə görə

Kənan M.M-dən Tunaya sərt sözlər: Pərvinlə bağlı “1000 manat” söhbətinə görə

 

"Maşın” şounun qalmaqallı iştirakçısı, aktrisa Pərvin Abıyevanın ərtrafında yaranan söz-söhbət səngimək bilmir.

Bir vaxtlar aparıcı kimi fəaliyyət göstərən aktrisa Tunay Əliyeva Pərvinin ünvanına təhqiramiz ifadələr işlədib. Tunay Əliyevanın Pərvini aktrisalıq qabiliyyətinin olmamasında günahlandırmasına rejissor Kənan M.Mahmudov münasibət bildirib:

"Pərvinin aktrisalıq qabiliyyəti olmasaydı, niyə türklər onu filmə çəkirdi? Absurd fikirdir, ona dəfələrlə qardaş ölkədən təkliflər gəlib. Bu da onun istedadlı aktrisa olduğunu bir daha sübut edir. Qadın həmkarlarının onun üzərinə bu qədər getməsinin səbəblərini anlaya bilmirəm. Yəqin ki, gözəl qızdır, paxıllığını çəkirlər. Ümumiyyətlə, Azərbaycan qadınına öz həmcisinin ünvanına bu sözləri səsləndirməsini yaraşdırmıram, heç gözləməzdim. Tunaya ayıb olsun, ən azından qadın həmrəyliyi olmalıdır. Nə deyim, Allah onu hidayət eləsin”.

Rejissor baş verənlərdən dolayı stress keçirən dostu P.Abıyevaya daim dəstək olduğunu da gizlətməyib:

"Görüşməsək də, biz hər gün danışırıq. Bir dost kimi həmişə Pərvinin yanındayam. Dünyanın hər yerində məşhur insanlar müzakirə olunur, danışılır. Bütün bunlara sadəcə susmaqla son qoymaq olar. Verilişdə baş verənləri bu qədər uzatmağa ehtiyac yoxdur. Buna baxmayaraq, "Maşın” şouda iştirak etdiyim üçün peşman deyiləm, dənizdən qorxan gəmiyə minməz. Elə insanlar var ki, mübarizə aparmaq üçün onlar kimi olmalısan”.

Qeyd edək ki, Tunay Əliyeva Pərvin Abıyeva haqqında aşağıdakı açıqlamanı verib:

"Maşın şou”da o nə həyasızlıq idi? Utanmadan efirdə söyüş söyürdü. Biabırçılıq idi. Əslində, orda kimliyini ortalığa qoydu. Çıxıb efirdə ona-buna "qardaş, qardaş” deməsi ilə sadəcə, milləti özünə güldürdü. Biz bağçada deyilik, Pərvin də bizim müəlliməmiz… Nə də heç kim çörəyi qulağına yemir. O aktrisa kimi sıfırdır. "Pərvin” deyəndə mənim ağlıma aktrisa yox, sadəcə olaraq 1000 manat gəlir. Onun ayrı işi var, gedib öz işi ilə məşğul olsun. Hamı bilir o, nə işlə məşğul olur. Bundan sonra 100 il də keçsə, aktrisa ola bilməyəcək, çünki aktrisa olmaq üçün istedad gərəkdir. O da onda yoxdur”.


OXŞAR XƏBƏRLƏR

Bu qidalar üzdə sızanaq yaradır – Dermatoloqlardan XƏBƏRDARLIQ

Dəri problemləri arasında ən çox yayılan hallardan biri olan sızanaqların yaranmasına təkcə hormonal dəyişikliklər deyil, qidalanma vərdişləri də ciddi təsir gö...

Bu qidalar üzdə sızanaq yaradır – Dermatoloqlardan XƏBƏRDARLIQ

Dəri problemləri arasında ən çox yayılan hallardan biri olan sızanaqların yaranmasına təkcə hormonal dəyişikliklər deyil, qidalanma vərdişləri də ciddi təsir gö...

Putinlə Roma Papası arasında telefon danışığı: Əsas məqamlar

Rusiya Prezidenti Vladimir Putinlə Roma Papası arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, söhbət zamanı tərəflər Ukraynadakı vəz...

Azərbaycan və İran prezidentləri arasında telefon danışığı oldu

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. &nbs...

Ukrayna ilə ən böyük əsir mübadiləsinə hazırıq - Medinski

İyunun 7-dən 9-dək Ukrayna ilə hərbi əsir mübadiləsinə başlamağa hazırıq.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimi...

Bu şəxslər hərbi xidmətə çağırılır? - RƏSMİ AÇIQLAMA

Bəzi vətəndaşlar Azərbaycanda və yaxud xaricdə qiyabi formada ali təhsil alırlar. Əksəriyyətin bildiyi kimi, əyani təhsil alanlara əsgərlikdən möhlət verilir. L...