Pərvindən növbəti QALMAQALLI AÇIQLAMA - "Nadir, Sərxan, İslam..."

Maqazin
00:50 / 05.06.2017
9494
"Maşın"şouda qalmaqallar səngimək bilmir.
Sfera.az xəbər verir ki, iki gün öncə müğənni Səidə Sultan səs toplayaraq aktrisa Pərvin Abıyevanı şoudan kənarlaşdırmışdı.
Aktrisa hələ də şoudakı baş verənlərə münasibət bildirməkdə davam edir. Belə ki, P.Abıyeva "İnsagram" hesabında şou haqqında bunları deyb:
"Gedəndə çox həvəslə hazırlaşıb getmişdim.Hər nə ordakıların insan olduğuna inanırdım. Amma orda bir neçə insanı çıxmaq şərti ilə hamısında 1000 dənə üz gördüm. Hər biri üzümə gülürdü, elə mülayim idilərsə, o boyda sənətçilərdə, illərin təcrübəli sənətkarları mənimlə nə işləri biz burdan sonra da dost qalacağıq deyə düşünmüşdüm. Amma çox heyf əsl üzlər elə mən çıxandan sonra açıldı. Nadir, Sərxan, İslam, ən çox da Aqil məni təəccübləndirdi.
Sərxan- Pərvin sən qorxma onsuzda o səs toplamayacaq. Kimdi ona səs verən. Mən efirdə ona tərəf danışacam incimərsən? Onsuzda bilirəm gedəcək.
Nadir- Mən səni həmişə çox istəmişəm. Mənim qızım yaşındasan. Çox gözəlsən, səmimisən, safsan Səni çox istəyirəm. Amma mənim adım çəkiləndə o sevinc qışqışqırıqları...
İslam - Hər zaman dəstək olduğum tərəfini salxadığım insan, bütün dostlarımı toplayıb hamısına ona səs göndərtdirdim. O xanım hədəfi dəyişən kimi susdu düşünürəm ki, qorxdu...
Təranə xanim- xətrini çox istəyirəm. Amma o da özünü səhv göstərdi. Sənə səs istəmişəm, səninləyəm dedi . Amma sonra?
Aqil isə......
Nə isə. Sevindiyim bir şey var. Nəyəm oyam necəyəm, elə də olacam. Maşına görə artistlik etməyəcəm, Heç kimin qəlbini qırmayacam dedim, oyun oynamıyacam dedim ele de eledim!
Tək səhvim ailəmi qorumaq idisə ona görə əsəbləşdimsə əcəb elədim, Peşman da deyiləm. Hər kəs eynisini eləyərdi. Mən əminəm ki, mən onun elədiyini eləsəydim əlini çəkib mənə hücum da ederdi. Əgər Kənanın tərəfində oldun belə oynadız deyirlərsə. Yaxşı ki, elə 1 sifəti olan neçə illərdi yanilmadığım MM in yanında oldum. Deyirsiz onun badına getdim. Təki onun badına gedim. Mən bilirəm ki, mən o ailə üçün o ailə də mənim üçün əbədi dəyərli olacağıq! Maşın şou ilə əlaqəli deyəcəklərim ve postum bu qədər!bu da son!"