"Məhərrəm Əliyevi tanımayanlar üçün ərz edim ki, o yaltaq olmayıb" - Adil Əliyev

"Məhərəm Əliyev vaxtında Ulu Önder Heydər Əliyevin silahdaşı olub, bu gündə cənab prezident İlham Əliyevin sadiq generallarından biridir."

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Adil Əliyev qardaşı general-leytenant Məhərrəm Əliyevin Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunmasına münasibət bildirərkən deyib.
 
"Mən hesab edirəm ki, insan öz əqidəsini elan kimi divardan asmamalıdır. Məhərrəm Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o heç vaxt yaltaq ve ikiüzlü olmayıb, o vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda göz yaşı, ailesi uğrunda tər tökən əqidə adamıdır. Məhərəm Əliyev vaxtında Ulu Önder Heydər Əliyevin silahdaşı olub, bu gündə cənab prezident İlham Əliyevin sadiq generallarından biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub olmamasından asılı olmayaraq, o prezident İlham Əliyevə, dövlətə ve dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə, heç vaxt onu əqidəsindən döndərə bilməz..Mən fəxr edirəm ki, Məhərrəm Əliyev kimi böyük qardaşım var..Allah böyüklərimizi qorusun."
 

Sfera.az



OXŞAR XƏBƏRLƏR