"Ermənistana bundan artığını etmək lazımdır ki, torpaqlarımızı qaytarsın" - Ekspert

"Dağlıq Qarabağ probleminin həlli Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasındadır. Bunu beynəlxalq hüquq və dünya praktikası tələb edir"

Bu sözləri Sfera.az-a açıqlamasında Dağlıq Qarabağ ətrafındakı son hərbi-siyasi prosesləri dəyərləndirərkən millət vəkili Aydın Mirzəzadə deyib.
 
 

Millət vəkilinin sözlərinə görə, Ermənistanın orta əsr təfəkkürü ilə xaricdən müəyyən dairələrə arxalanaraq, Azərbaycan torpaqlarını indiyə qədər işğalda saxlaması problemin həlli deyil:
"Problem gec-tez həll olunacaq. Tez həll edilməsi isə ilk növbədə Ermənistana lazımdır. Bu gün Azərbaycanı Ermənistanın hansısa şərtlər altında torpaqları işğaldan azad etməsi maraqlandırmır. Çünki Ermənistan bunu mütləq etməlidir. Və aparılan siyasət, dövlət quruculuğu, iqtisadi qüdrətimizin artırılması, Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi, yəni bütün bunlar vətənə xidmət edir. Danışıqlarla yanaşı, eyni zamanda hərbi variantın da nəzərdən keçirilməsi yaxşıdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üçü də Azərbaycanın ərazi bütövlüyünü tanıyıyr. Buna görə də məsələnin siyasi həlli mümkündür". 
 


Politoloq Natiq Mirinin fikrincə, Azərbaycan elə bir hərbi-siyasi proses başlatmalıdır ki, bunun nəticəsində status-kvo ciddi dəyişilsin:
"Bu gün müəyyən mənada hərbi təzyiqlər əsasən döyüş mövqeləri arasında gedir. Bu da status-kvonu heç cür dəyişmir. Bununçün də bütövlükdə sülh danışıqları prosesi sabotaj etdi. Ermənistana isə heç bir siyasi təzyiq olunmur. Bu gün tərəflər arasında gedən döyüşlərin müqabilində Ermənistanın işğal etdiyi rayonlardan bir neçəsini azad etməsi mümkünsüzdür. Zənnimcə, Ermənistana bundan artığını etmək lazımdır ki, ən azından torpaqlarımızı qaytarmaq məcburiyyətində qalsınlar. Çünki havadarlarına güvəndiyi üçün heç bir güzəştə getmir".

Gülnarə Eynullaqızı
Sfera.az 

OXŞAR XƏBƏRLƏR