Prezidentdən tapşırıq: Məhkəmə proseslərinin keyfiyyəti artırılacaq

Prezidentdən tapşırıq: Məhkəmə proseslərinin keyfiyyəti artırılacaq

Azərbaycanda məhkəmə proseslərinin keyfiyyəti artırılacaq.


Sfera.az report-a istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Sənədlə 2017-2018-ci illərdə məhkəmə prosesinə ara və ya möhlət verilməsi üzrə maksimum sayının qanunvericilikdə təsbit edilməsi, iddiaların elektron surətdə ("electronic case management tools”) vəkillər və hakimlər tərəfindən əldə olunmasının təmin edilməsi, məhkəmə xərclərinin elektron olaraq ödənilməsinin təmin edilməsi və məhkəmə sistemi üzrə könüllü barışdırma ("voluntary mediation /conciliation”) və arbitraj prosedurlarının təkmilləşdirilməsi nəzərdə tutulub.


Qeyd olunan məsələlərin icrası Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə tapşırılıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...