Qurbanlıq qoyunların qiyməti artıb

Qurbanlıq qoyunların qiyməti artıb

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət zamanı əlavə ehtiyaclar üçün də qiymətlərin bahalaşdığı elan olunub.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu, ilk növbədə ziyarət zamanı zəvvarlara veriləcək qurbanlıq qoyunlara aiddir. Belə ki, Həccdə qurbanlıq qoyunların bu il 160-170 dollara təklif edilməsi gözlənilir. Bundan başqa, zəvvarlar üçün ziyarət ödənişinə daxil olmayan digər ehtiyacların da qiymətlərində artım var.


Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də, növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb və artıq başa çatıb. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız QMİ-dir. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda yoldakı vəziyyət sürücünü maddi ziyana saldı - FOTO

Bakıda yolda yaranan vəziyyətə görə sürücünün maşını xarab olub.   Sfera.az bildirir ki, sürücü Binəqədi qəsəbəsi üçüncü mədən küçəsi ilə hərəkətdə o...

Şeyxülislam: “İrəvanda məscidlərimizi bərpa edəcəyik”

"Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir".   Sfera.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlma...

Rusiya aeroportunda 50-dən çox aviareys təxirə salındı

Rusiyanın Sankt-Peterburq şəhərinin “Pulkovo” aeroportunda 50-dən çox aviareys təxirə salınıb.   Sfera.az xarici KİV-ə istinadən xəbər v...

"Fənərbağça" və "Beşiktaş" onun üçün yarışır

Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klubları “Milan”ın cinah hücumçusu Noa Okaforu transfer etməkdə maraqlıdır.   ...

Rəqsanədən boşanma iddialarına CAVAB: "Ayrıldıq səninlə, boşandıq BİTDİ" - VİDEO

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla boşanma iddialarına cavab verib.   Sfera.az xəbər verir ki, o, bu barədə video çəkd...

Azərbaycanda növbəti torpaq hərracları ELAN EDİLDİ

Avqustun 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 3 torpaq müsabiqəsi və 16 hərrac keçirəcək. &n...