"Son təxribatların kökündə tamam başqa məqamlar dayanır" - Ekspertdən SENSASİON AÇIQLAMA

İyunun 1-də Müdafiə Nazirliyinin rəsmi səhifəsində Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komandasının müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusunun bölmələrimiz tərəfindən atəşlə dağıdılması ilə bağlı məlumat yayılmışdı. 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, düşmən son vaxtlar daha da azğınlaşıb və təxribatların miqyasını bir qədər də artırıb. 
 


Ekspertin sözlərinə görə, panikaya və narahatçılığa əsas yoxdur:
"Əksinə ordumuzun şəxsi heyəti düşməni məhv etmək üçün məqam axtarır. Və düşmən harda başından böyük qələtlərə yol verirsə, Silahlı Qüvvələrimiz onları "ağıllandırır". Necə ki, Xocavənd-Füzuli istiqamətdə  ordumuz düşmənin atəş məntəqəsini məhv etdi. Ondan sonra isə, həm canlı qüvvəsi, ağır, bahalı texnikasını və müşahidə məntəqəsi darmadağın edildi. Bu, proses yaxın günlərdə bir qədər də genişlənəcək. Gözləmək olar ki, Ermənistan tərəfi indi bütün dünyaya car çəkəcək ki, Azərbaycan ordusu guya atəşkəsə riayət etmir. Əslində son təxribatların kökündə tamam başqa məqamlar dayanır". 

Bildiyiniz kimi, gələn həftələrdə ATƏT-in bivec Minsk qrupunun həmsədrləri "turist  səfəri"  ilə hesabat xatirinə yəqin ki, regiona gəlməyi planlaşdırıblar:
"Aydın məsələdir ki, danışıqlar prosesi üçün mütləq bir təxribat və ya geniş rezonansa səbəb olan hərəkət etmək lazımdır ki, danışıqlar zamanı yenə hansısa "müdrik kəlam və ifadələrdən" istifadə edərək bizə "ağıl" öyrətsinlər. Şəxsən mənim imkanım olsaydı, onlarla Azərbaycan tərəfi olaraq görüşməzdim. Xatırlıyırsınızsa, mayın 15-də əsgərlərimiz düşmənin "OSA" ZRK-ni məhv edəndə bu "üç bivec bacı" Azərbaycanı ittiham etməkdən çəkinməmişdilər. Bunlardan soruşmaq lazımdır ki, siz nə əcəb bu yaramaz ermənilərdən heç nə soruşmursunuz və sizin havadarlarınız sayəsində oturduqları Azərbaycan torpaqların da nə ölümləri azıb? İndi də çaqqal kimi uluyurlar. Çıxıb getsinlər Ermənistandakı xarabalarına. Müdafiə Nazirliyimiz bu arada son dərəcə diqqətli və ehtiyatlı olmalıdır. Mənfur düşmən verdiyi ağır itkilər səbəbindən çox azğınlaşıb və ondan istənilən təxribatı gözləmək olar",- deyə Ü.Cəfərov əlavə edib.
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR