Bu ölkənin Azərbaycanda səfirliyi fəaliyyətə başladı

Dünya
19:27 / 02.06.2017
1127
Perunun Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Nazirlikdən "Report"a verilən məlumata görə, iyunun 2-də səfirliyin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini Azərbaycan Xarici İşlər Nazirliyində Dövlət Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüş keçirib.
Pərvin Mirzəzadə Luis Çanq Boldriniyə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb. Luis Çanq Boldrini fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.
Sfera.az