“Zenit”in yeni baş məşqçisi rəsmən açıqlanıb

İdman
18:45 / 01.06.2017
2097
Rusiyanın "Zenit” klubunun yeni baş məşqçisinin adı bəlli olub.
Sankt-Peterburq təmsilçisi Roberto Mançini ilə anlaşıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, tərəflər arasında 3 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Mançini bu postda istefaya göndərilən Mirça Luçeskunu əvəzləyib.
Sfera.az