Fransa Əliyev və Sarkisyanın görüşünü təşkil etmək istəyir

Fransa Əliyev və Sarkisyanın görüşünü təşkil etmək istəyir

"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində həmişə aktiv iştirak edir”


Bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye bu gün keçirdiyi mətbuat konfransında deyib.


Səfirin sözlərinə görə, həmsədrlər mütəmadi olaraq hər iki ölkənin prezidentləri və XİN rəhbərləri ilə əlaqə saxlayır.

Diplomat vurğulayıb ki, təxminən 10 gündən sonra həmsədrlər regiona səfər edəcəklər.

Səfir, həmçinin deyib ki, Minsk qrupunun missiyası həll yolunu tapmağa imkan verəcək şərtlərin yaradılmasıdır, lakin qərarı tərəflərin özləri verməlidir: "Qərar qəbul etmək hüququ münaqişə tərəflərinə məxsusdur”.

Şarpantyenin sözlərinə görə, mart ayında baş tutan Sarkisyan və Olland görüşü zamanı Dağlıq Qarabağ məsələsinə də toxunulub və Fransa prezidenti bir daha görüş təşkil etmək və tərəfləri qəbul etməyə hazır olduğunu bəyan edib.

Jurnalistlərin yaxın bir–iki il ərzində Qarabağ münaqişəsinin həll edilib-edilməyəcəyinə dair sualını cavablandıran səfir qeyd edib ki, bilinən üç prinsipə əsaslanan və tərəfləri qane edəcək hərtərəfli həll yolunun tapılması üçün hər şey edilməlidir.

"Həm insani, həm də siyasi mövqedən həmişə atəşkəs rejiminin pozulması şəratində yaşamaq olmaz. Status-kvo davam edə bilməz”. (AzVision.az)

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...