Məmmədyarov Kolumbiya parlamentinin üzvləri ilə görüşdü

Məmmədyarov Kolumbiya parlamentinin üzvləri ilə görüşdü

 

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfəri çərçivəsində Kolumbiya Senatının birinci vitse-prezidenti, xanım Daira de Xesus Qalvis Mendeslə görüşüb. Görüşdə Kolumbiya Senatında Kolumbiya-Azərbaycan dostluq qrupunun sədri, senator Teresita Garsia Romero və qrupun digər üzvləri iştirak edib.

 

Sfera.az-ın XİN-in saytına istinadən verdiyi məlumata görə, E. Məmmədyarov parlament diplomatiyasının Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafında xüsusi rola malik olduğunu bildirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Kolumbiya Senatının davamlı olaraq beynəlxalq hüquqa, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qarşı tərəfə öz təşəkkürünü çatdırıb.

 

Senatorlar 29-30 sentyabr 2016-cı il tarixlərində Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycanda səfərdə olduqlarını, birinci vitse-prezident Mehriban Əliyeva, xarici işlər naziri və Milli Məclisin üzvləri ilə görüşlərini məmnuniyyətlə xatırlayıblar. Həmçinin, dost Azərbaycan xalqının yanında olduqlarını və gələcəkdə də iki ölkə arasında dostluq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıblar. Görüş əsnasında Kolumbiya Senatının vitse-prezidenti, xarici əlaqələr və milli müdafiə komissiyasının prezidenti, eləcə də senatorlar tərəfindən imzalanaraq qəbul edilmiş Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə nazir Elmar Məmmədyarova təqdim edilib. Nazir Kolumbiya Senatının II konstitusional daimi komitəsində "Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamənin, həmçinin Senatın Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənədin qəbul edilməsini yüksək qiymətləndirdiklərini söyləyib.

 

E. Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində prezident Xuan Manuel Santos Kalderon, xarici işlər naziri xanım Maria Anxela Olgin, biznes dairələri ilə məhsuldar görüşlər keçirdiyini və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İdmançımız Gürcüstanda gümüş medal qazanıb

Azərbaycan kikboksçusu Ümid Bağırov beynəlxalq turnirdə uğurla çıxış edib.   Sfera.az xəbər verir ki, idmançımız Gürcüstanın Qardabani şəhərində keçi...

Hansı kərə yağını almaq daha yaxşıdır?

Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağı keyfiyyətsiz məhsuldur və buna görə də onu mağazalardan almağa qorxurlar.   ...

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...