Düşmən texnika və canlı itki verir: Hədəf… – Şərh
Fikrimcə, Azərbaycan Ordusu cəbhə bölgəsində təzyiqi daha çox artırmaqla Ermənistanı 1992-ci ildəki mövqelərinə qaytara bilər.
Sfera.az xəbər verir ki, bu haqda Elxan Şahinoğlu yazıb. Politoloq bunu qısa zaman üçün proqnozlaşdırmadığını da qeyd edib:
"Ancaq son illər Dağlıq Qarabağ ətrafında düşmənin vurulan hərbi texnikası və artan itkiləri işğalçıya onu anlatmalıdır ki, bunun miqyası getdikcə artacaq. Dağlıq Qarabağda hərbi toquşmalar iki ölkənin siyasi, iqtisadi, maliyyə və hərbi potensiallarının müharibəsinə çevrilir. Potensialı çox olan müsbət nəticəyə ümid edə bilər. Müharibə maliyyə tələb edir. Hər gün atılan güllələrin və raketlərin, o cümlədən vurulan hərbi texnikanın yenisi alınmalıdır. İşğalçı dövləti hərbiyə daha çox maliyyə xərcləməyə məcbur etmək lazımdır. Əlbəttə, paralel olaraq ordudakı satqın şəbəkəsinin də axırına çıxılmalıdır ki, uğura yaxınlaşa bilək”.
Qeyd edək ki, ötən gün Ordumuz düşmənin cəbhədəki atəş nöqtəsini məhv edib, ermənilər ciddi itki verib. Həmçinin video-müşahidə qurğusu sıradan çıxarılıb.