Ramazanın 6-cı gününün duası: İmsak və iftar vaxtı

Ramazanın 6-cı gününün duası: İmsak və iftar vaxtı
Sabah Azərbaycanda Ramazan ayının altıncı günüdür.

Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak saat 03:14, iftar isə 20:21-dədir.

İmsak duası:

"Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi: "İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”.

İftar duası:

"Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin”.

Tərcüməsi: "İlahi, bu gün sənə qarşı etdiim günahlara görə məni rüsva etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!”.

Allah orucunuzu qəbul etsin!

OXŞAR XƏBƏRLƏR