Türkiyə səfirlik heyətini təxliyə edir

Türkiyə səfirlik heyətini təxliyə edir

Türkiyə Kabildə baş verən dəhşətli terakta görə buradakı səfirliyinin personalını təxliyə edəcək.

Bu açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

O, terror zamanı Türkiyənin Kabildəki səfirliyinin binasının da zərər gördüyünü, lakin xoşbəxtlikdən şəxsi heyətin heç bir üzvünün xəsarət almadığını deyib.

Qeyd edək ki, bu gün Kabildə baş vermiş partlayış nəticəsində 90 nəfər həlak olub, ən azı 380 nəfər yaralanıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR