Kreml üçün Bakı ilə münasibətlər... - XİN sözçüsü
Dünya
13:13 / 31.05.2017
1053
Azərbaycanla olan münasibətlərimiz bizim üçün dəyərlidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Moskva-Baku” portalının sualını cavablandırarkən söyləyib. O, ABŞ-ın antiiran siyasətinin Rusiya-İran-Azərbaycan münasibətlərinə mənfi təsir göstərməyəcəyini bildirib:
"Bizim Azərbaycan və İran münasibətlərimiz dəyərlidir. Kənardan olan istər müsbət, istər də mənfi təsirlər bu münasibətlərə xələl gətirməməlidir”, – deyə o bildirib.
O, həmçinin, Tehran-Vaşinqton münasibətlərinin ABŞ-da hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olaraq formalaşdığını bildirib.
Sfera.az