Bunun arxasında Kiprdə olan erməni lobbisi dayanır: Quzey Kıprısı tanına bilər - Şərh
12:34 / 31.05.2017
1417
"Kipr XİN rəhbərinin açıqlaması beynəlxalq hüquq normalarına kobud sürətdə müdaxilədir. Bir başa pozurlar"
Bu sözləri Sfera.az-a Kipr XİN rəhbərinin Qarabağla bağlı səsləndirdiyi hüquqa və tarixə zidd saxta açıqlamasına münasibət bildirən millət vəkili Asim Mollazadə söyləyib.
Millət vəkilinin sözlərinə görə, onun bu addımı heç bir siyasətçiyə layiq olmayan hərəkətdir:
"Bunun arxasında Kiprdə olan erməni lobbisi dayanır. Və hansısa şəxsi maraqlardan açıq şəkildə Ermənistanı dəstəkləyirlər. Təəssüf doğuran açıqlamadır".
Politoloq Natiq Mirinin fikrincə, Kiprin bu cür münasibəti müəyyən mənada anlaşılandır:
"Çox təəssüf ki, hələ də həm Yunanıstan, həm də Yunan-Kipri Türk düşmənçiliyindən vaz keçmir. Bu gün Kiprin çox ciddi surətdə ərazi bütövlüyü məsələsində problemi varkən, qondarma Dağlıq Qarabağ rejimini müəyyən mənada de-fakto tanıması və bu mənada əraziləri ermənilərin əraziləri kimi təqdim etməsi heç cür anlaşılan deyil. Ermənilər bütövlükdə Qarabağın aborigen əhalisi deyil və beynəlxalq hüquqa görə aborigen əhalisi olmayan milli azlıqlar öz yaşadıqları ərazilərin siyasi talelərini həll edə bilməzlər. Türklər yunanların yaşadığı Kiprdə aborigen əhalidir.Əsrlərdir ki, türklər həmin ərazilərdə yaşayır. Türklər öz siyasi müqəddəratını təyin edib, ancaq heç bir dünya, dövlət, eyni zamanda demokratik Qərb dünyası belə onu tanımır. Ancaq ermənilər Qarabağın aborign əhalisi deyil və XVIII -ci əsrdə Rusiya tərəfindən süni olaraq İran, Türkiyə və Rusiya ərazisindən Qarabağa köçürüldüyü tarix hər kəsə bəllidir. Belə bir anormal vəziyyətin mövcudluğu Azərbaycanın Quzey Kıprısı dünyanın müstəqil subyekti olaraq tanıya bilməsinə şərait yaradır. Bu da Kipr-Azəbayan. Yunanıstan-Azərbaycan münasibətinə çox ciddi xələl gətirir. Yunan-Kiprinə XİN səviyysində nota verilməsinin tərəfdarıyam".
Gülnarə Eynullaqızı
Sfera.az