İlham Əliyev: 40 milyard dollar vəsait nəzərdə tutulub

İlham Əliyev: 40 milyard dollar vəsait nəzərdə tutulub

Azərbaycanın 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı var. Enerji təhlükəsizlikdə mühüm rol oynayır. Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizlik məsələsidir.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışında deyib.


O bildirib ki, tarixi neft-qaz kəmərləri yaradılmasaydı, Azərbaycan resurslarını dünya bazarlarına ixrac edə bilməzdi: "Azərbaycanın neft-qaz layihələri regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təməlidir. Bu layihələrin ölkələr arasında münasibətlərə də çox böyük təsiri var. Bu kəmərlər bizim böyük sərvətimizdir”.

Prezident qeyd edib ki, "Şahdəniz” layihəsinin ikinci mərhələsi də uğurla həyata keçirilir:

"Cənub Qaz Dəhlizinə 40 milyard dollar vəsait qoyulması nəzərdə tutulub, bu işlərin böyük əksəriyyəti həyata keçirilib. "Şahdəniz-2” layihəsinin icra səviyyəsi 93 faiz səviyyəsindədir. TANAP-ın icrası 70 faizdən yuxarı, TAP-da icra səviyyəsi 42 faiz səviyyəsindədir. Bu il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakıda növbəti iclası keçirilib. Azərbaycan bu layihədə lider ölkədir. Bizim tərəfdaş ölkələr - Balkan ölkələri, ABŞ, Böyük Britaniya və Avropa Komissiyasının yüksək səviyyəli rəsmiləri Məşvərət Şurasının iclasında iştirak ediblər. Qəbul edilən qətnamədə Azərbaycanın lider rolu vurğulanıb”.

Dövlət başçısı bəyan edib ki, neft-qaz kəmərlərinin şaxələndirilməsi mühümdür: "Marşrutların və mənbələrin şaxələndirilməsi vacibdir. Mənbələrə gəlincə, Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Azərbaycan böyük və yaxında yerləşən mənbədir. Ən önəmlisi, Azərbaycan dövlətinin güclü iradəsi və maliyyəsi var. Əgər Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində 4 layihəyə sərmayə qoymasaydı, heç bir investor sərmayə qoymazdı. Azərbaycan qazının Avropaya çıxarılması 10 ilin müzakirə mövzusu idi, ancaq heç bir nəticə vermirdi. 2012-ci ildə Azərbaycan Türkiyə ilə TANAP layihəsinə imza atdı və işlər başladı. Azərbaycan həm siyasi iradə ortaya qoyur, həm də maliyyə töhfəsini verir. Cənub Qaz Dəhlizi Azərbaycanın uzunmüddətli inkişafını təmin edəcək. Növbədə Böyük Abşeron qaz yatağı layihəsi var. Paralel olaraq Ümid, Babək layihələri icra edilir. Bu yataqlardan yaxın illərdə hasilat gözlənir. Yaradılan infrastruktur sayəsində Azərbaycanın tranzit rolu da artır. Xəzərin şərqindən resurslar Azərbaycan üzərindən dünya bazarına çıxarılır”. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...