DSX və Baş Prokurorluqdan Gözəl Bayramlının həbsi ilə bağlı - Məlumat

DSX və Baş Prokurorluqdan Gözəl Bayramlının həbsi ilə bağlı - Məlumat

"Məlumat verildiyi kimi, 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Bayramlı Gözəl Oruc qızı 25 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Qazax rayonu ərazisində yerləşən "Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsini keçməklə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən külli miqdar təşkil edən 12 min ABŞ dolları məbləğində nağd pul vəsaitini bəyan etməyərək əl yükünün içərisində gizlədilmiş halda keçirdikdən sonra Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə tədbiri nəticəsində saxlanılıb”.


Bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, "Sınıq Körpü” gömrük postunda yerləşən rentgen qurğusunda G.Bayramlıya məxsus sellofan paketə baxılarkən monitorda şübhəli predmet görüntüsü aşkar edilib, bu səbəbdən ona üzərində və əl yüklərində gömrük nəzarətinə mütləq bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilmiş malların könüllü olaraq təqdim olunması təklif edilib, G. Bayramlı üzərində və əl yüklərində bəyan edilməli olan hər hansı bir malın olmadığını bildirib.

Bundan sonra, G.Bayramlıya məxsus əl yüklərinə baxış keçirilib və əl yükündəki sellofan torbanın içərisindən ümumilikdə 12 min ABŞ dolları məbləğində pul aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

G.Bayramlı 26 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və Səbail rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə qərarları əsasında G.Bayramlının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki və Nərimanov rayonu, Təbriz küçəsindəki mənzillərində axtarış aparılıb və mənzillərdən 1000 avro məbləğində nağd pul, G.Bayramlının adına Gürcüstan banklarının birindən 17 aprel 2015-ci il tarixli qəbzlə 100 min rus rublu, həmin tarixli digər qəbzlə isə 2 min ABŞ dolları məbləğində nağd pul almasına dair bank çıxarışları, ayrı-ayrı şəxslərin adlarına 8 aprel 2015-ci il tarixdə 270 min rus rublu və 4 min 700 ABŞ dolları məbləğində vəsaitlərin müvafiq olaraq 5.076 və 4.982 manata dəyişdirilərək qəbul edilməsinə dair bank çıxarışları və digər sənədlər aşkar edilərək götürülüb.

"İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib, lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”, – deyə məlumatda qeyd olunur.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İdmançımız Gürcüstanda gümüş medal qazanıb

Azərbaycan kikboksçusu Ümid Bağırov beynəlxalq turnirdə uğurla çıxış edib.   Sfera.az xəbər verir ki, idmançımız Gürcüstanın Qardabani şəhərində keçi...

Hansı kərə yağını almaq daha yaxşıdır?

Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağı keyfiyyətsiz məhsuldur və buna görə də onu mağazalardan almağa qorxurlar.   ...

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...