Daha bir HDP-çi deputatın həbsinə qərar verilib

Daha bir HDP-çi deputatın həbsinə qərar verilib

Türkiyədə məhkəmə Xalqların Demokratik Partiyasının (HDP) daha bir millət vəkilinin saxlanılması barədə qərar verib.

Məhkəmə millət vəkili, Diyarbəkirin sabiq bələdiyyə sədri Osman Baydəmirin saxlanılması barədə qərar qəbul edib.

Qeyd edək ki, HDP Türkiyə parlamentində deputatlarının sayına görə üçüncü partiyadır. HDP PKK terror təşkilatının siyasi qanadı da hesab edilir. İndiyə qədər HDP-nin həmsədrləri də daxil olmaqla, bir neçə millət vəkili PKK ilə əlaqə, terrorçuluğun təbliği ilə əlaqədar saxlanılıb. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR