Baxçalı: Trampla qılınc oynadıb, 110 milyardı vermək…
Ər-Riyad rəhbərliyinin ABŞ-la qılınc rəqsi fonunda 110 milyard dollarlıq silah razılaşmasına imza atması hansı məntiqin nəticəsidir?!
Bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı partiyanın qrup toplantısında çıxışı zamanı söyləyib.
"Ər-Riyad rəhbərliyinin ABŞ-la qılınc rəqsi fonunda 110 milyard dollarlıq silah razılaşmasına imza atması hansı məntiqin nəticəsidir? ABŞ liderinin "bizim üçün rejimlər önəmlidir” sözünün ünvanı haradır? Neft quyularından dollar çıxdı, amma insanlıq o quyulara basdırıldı. Ən pisi isə islamdan istifadə edən və müqəddəs dinimizi əməllərinə alət etməyə çalışan terrorun varlığıdır. İslami terrordan bəhs etmək uydurmadır.
2010-cu ilin 17 dekabrında tunisli satıcı Məhəmməd Əzizinin özünü yandırması bütün Şimali Afrika və Yaxın Şərqin alova bürünməsinə səbəb oldu. Nəticədə inqilablar yarandı. Yaxın Şərqdə hazırda ortaq ağıl yoxdur. Ağıl olmayan yerdə iradə də olmur. Yaxın Şərq imperializmin hər cür təhdidinə qarşı açıq və müdafiəsiz vəziyyətdədir”, – deyə o bildirib.