Deputatın qardaşı qızı özünü öldürüdü
Hadisə
12:12 / 30.05.2017
1507
Bakının Binəqədi rayonunda gənc qadınının ölümü ilə bağlı bəzi detallar məlum olub.
Özünü 8-ci mərtəbədən yerə atan 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova sabiq deputat Fərhad Qəribovun qardaşı qızıdır. Qadının əmisi Fərhad Qəribov Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub. L.Qəribova iki uşaq anasıdır.
Hadisə rayonun 8-ci mikrorayon ərazisində yerləşən binalardan birində qeydə alınıb. O, yerindəcə keçinib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.
Qeyd edək ki, L.Qəribova bu gün dəfn olunub. Yas mərasimində Fərhad Qəribov da iştirak edib. (Missiya.az)
Sfera.az