Bakıda səfirlik avtomobili qəzaya düşdü
Hadisə
11:11 / 30.05.2017
1216
Bakıda səfirlik avtomobili qəzaya düşüb.
Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirliyinə məxsus "Hyundai Santafe” markalı avtomobil Bakı şəhər sakini Sadiq Quliyevin idarə etdiyi "Opel” markalı avtomobillə toqquşub. Nəticədə ölən və xəsarət alan olmayıb. (apa)
Sfera.az