Moskvada dəhşətli qasırğa: 11 ölü, 150 yaralı
Dünən qasırğa səbəbindən Moskva xəstəxanalarına 150 nəfər yerləşdirilib, hazırda tibb müəssisələrində 108 nəfər qalıb ki, onların da 20-si uşaqlardır.
Bunu Moskva səhiyyə departamentinin rəhbəri Aleksey Xripun deyib.
"Dünən günün ikinci yarısında 21 xəstəxanaya qasırğa zamanı müxtəlif xəsarətlər almış 146 nəfər yerləşdirilib. Hazırda 146 nəfərdən 22-si uşaq olmaqla 108-i xəstəxanalardadır”, - Xripun bildirib.
Onun sözlərinə görə, 168 nəfər tibbi xidmət üçün müraciət edib. Xəstəxanalara yerləşdirilənlərin əksəriyyətinin vəziyyəti kafi və orta-ağırdır, lakin 8 nəfər hələ də ağır vəziyyətdədir:
"Əlavə olaraq bu gün səhərdən etibarən Moskva klinikalarında konsiliumlar aparmaq üçün mütəxəssislərimizdən ibarət briqadalar yaradılıb. Moskvada ölənlərin sayı 11 nəfər təşkil edir, onlardan biri yeniyetmədir”.