Elmar Məmmədyarov Kolumbiyaya getdi

Elmar Məmmədyarov Kolumbiyaya getdi

Xarici İşlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfərə yola düşüb.

XİN-dən bildirilib ki, səfər çərçivəsində Elmar Məmmədyarovun Kolumbiyanın xarici işlər naziri Mariya Angela Olgin və digər rəsmi şəxslərlə görüşü, Nazirlər səviyyəsində Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında siyasi məsləhətləşmələrin dördüncü mərhələsinin keçirilməsi və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması nəzərdə tutulub.

Həmçinin səfər əsnasında müxtəlif dövrlərdə yaşayıb-yaratmış Azərbaycan və Kolumbiya şairlərinin yaradıcılığından ibarət "Azərbaycan/Kolumbiya İyirmi şeir” (Azerbaiyán/Colombia Veinte poemas) kitabının təqdimatı keçiriləcək.

Xatırladaq ki, 8 iyul 2013-cü ildə Kolumbiyanın xarici işlər naziri Maria Angela Olqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. (apa)


Sfera.az


OXŞAR XƏBƏRLƏR