Türkiyədə sürgün həyatı yaşayan prezident ölüb - 99 yaşında

Türkiyədə sürgün həyatı yaşayan prezident ölüb - 99 yaşında

Yunanıstanın keçmiş baş naziri Konstantin Miçotakis 99 yaşında həyatını itirib.

Miçotakis ötən gecə saat 03:00-da keçinib.

Qeyd edək ki, Yeni Demokratiya Partiyasının rəhbəri Kiryakos Miçotakis və keçmiş Xarici İşlər naziri Dora Bakoyanninin atası olan Miçotakis 1990-1993-ci illərdə Yunanıstan Baş naziri vəzifəsində olub.

Yunanıstanın görkəmli siyasət və dövlət xadimi Eleftherios Venizelosun da qohumu olan Miçotakis 1967-ci ildə hərbi cuntalar tərəfindən həbs olunmuş, lakin daha sonra Türkiyəyə qaçmışdı. Yunanıstan parlamentində uzun illər xidmət edən Miçotakis 1974-ci ildə ölkəsinə qayıdana qədər sürgündə yaşayıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR