Kann Kinofestivalının qalibi bəlli oldu

Kann Kinofestivalının qalibi bəlli oldu

Fransada keçirilən 70-ci Kann kinofestivalının qalibi bəlli olub.

 

Avropanın ən böyük kino tədbirlərindən olan festivalın qalibi İsveç rejissoru Ruben Estlundun çəkdiyi "Kvadrat” filmi olub. Film "Qızıl palma” mükafatına layiq görülüb. Fransız rejissor Roben Kampiyonun "Dəqiqədə 120 zərbə” filmi isə festivalın Qran-pri mükafatını alıb.

Bu ilki festivalda 19 film nümayiş etdirilib. Kinofestival mayın 17-dən 28-dək davam edib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR