"Rəsulzadə yoxdan bir bayraq var edən dəyərli şəxsiyyətdir"

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.
  


Respublika Günün 99 ilinin tamam olması ilə bağlı Sfera.az-a danışan politoloq Fikrət Sadıqov söyləyib ki, bu günü yaradanlar bir sıra tanınmış, siyasi, ictimai və ziyalı xadimlərdir:
"M. Ə. Rəsulzadə, Xoyski, Rəfibəyli, Cəfərov, Hacınski və s... bunlar ilk respublikanı yaradanalardır. Həmin dövrdə respublikada 2 il müddət ərzində bir sıra çox mühüm addımlar atıldı, daxildə müəyyən islahatlar başlandı. Lakin hakimiyyət elə bir şeydir ki, bəzən hakimiyyəti ələ almaq, hakimiyyətə gəlməkdən daha asandır. Yəni ona nəzarət etmək çətin məslədir. Bir sıra subyektiv və obyektiv səbəblərə görə, respublika iki ildən artıq davam edə bilmədi və işğala məruz qaldı. Ancaq müsbət izlər indiyə qədər tanınır, qiymətləndirilir və nəticələri heç bir zaman yaddan çıxmayacaq. Gələn il Respublika gününün 100 illiyi qeyd olunacaq. İstərdim ki, bir ildən sonra Azərbaycan daha da inkişaf etsin, öz layiqli yerini daha da möhkəmləndirsin, müxtəlif ölkələrlə münasibətlər, əlaqələr güclənsin, bir sıra ciddi məsələlər öz həllini tapsın. Xüsusilə də Dağlıq Qarabağ məsələsində maraqlarımıza uyğun müəyyən nəticələr əldə edə bilək".
 


Qabil Hüseynli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti və onun təməlini qoyanlar Azərbaycanın tarixində ən mötəbər yerlərdən birini tutmağa layiq insanlardır: 
"Çünki Azərbaycan Xalq Cümhuriyyəti həqiqətən də xalqımızın tarixində misli görünməmiş bir səhifə açdı. Əvvəlcə çoxmillətli multikultural əsaslı parlament inşa edildi. Daha sonra o parlamenti quran hökumət ciddi islahatlara başladı, baxmayaraq ki, ölkə ciddi erməni təcavüzü və digər basqılar altında idi. M. Ə. Rəsulzadə başda olmaqla bir çox prinsiplər gerçəkləşdirildi. Amerikadan da öncə qadınlara səsvermə hüququ bəxş edildi, bir çox ölkələrdən qat-qat öndə ölkədə yaşayan bütün millətlərin parlamentdə təmsil olunmasına imak yaradıldı, Türk-İslam dünyasında ən qabaqacıl dəyərlər bərqərar edildi. Bir hökumət qısa müddət ərzində çox şey etdi. Rəsulzadənin dediyi kimi, heç olmasa ən azından azadlığın nə olduğunu Azərbaycan xaqına daddıra bildik. Cümhuriyyət tarixi ciddi sürətdə araşdırılmalıdır. Çünki orada hələ də qaranlıq qalan məqamlar var. Tariximizin bu hissəsini dəqiqliklə öyrənməliyik, bu tarixi yazan və quranlara tarixdə düzgün və siyasi qiymət verilməlidir. Və bütvölükdə bütün dünyaya nümayiş etdirməliyik. Çünki Azərbaycan xalqı demokratiyanı, insan haqqlarını və digər bəşəri dəyərlərə söykənən bir cəmiyyəti çoxlarından qabaq qurub. Ölkəmiz dünyaya demokratik cumhuriyyət qurmaqla, inkişaf etdirməklə nümayiş etdirdi ki, Azərbaycan xalqı kifayət qədər mariflənmiş, dünya görüşü inkişaf etmiş xalqdır. Bildiyiniz kimi, ölkə başçısının AXC-nin qurulması ilə bağlı fərman imzalaması və bu istiqamətdə işlərin aparılması prinsipial əhəmiyyətə malikdir. Bu yaxınlarda Rəsulzadəni tənqid edənlərə də sözüm var. Mən nadan, yetərincə təhsil almayan, təəssüf və qərəz hissi ilə aşıb-daşan, heç bu millətə aidiyyatı olmayan insanların, Rəsulzadənin bostanın daş atmağa layiq olmadıqları qənaətindəyəm. Elə adamların şəxsiyyətini heç sayıram. Özləri heç nə olduqları kimi, söylədikləri də heç nədir. Belə adamlar tarixdə iz qoya bilmədikləri üçün özlərindən qat-qat yüksək mərtəbələrdə olan insanlar haqqında fikir söyləməklə  "məşhurlaşmaq" istəyirlər. Bu tip adamları mənfur və yaramaz kimi dəyərləndirirəm". 
 
 

Natiq Mirinin sözlərinə görə, bu tarix müsəlman dünyasında, Şərqdə təkrarı olmayan geo-siyasi hadisədir:
"Şərq dünyasında ilk demokratik respublika yaradıldı. Ayrıca qadınlara səsvermə hüququ verildi. Azərbaycan xalqı həqiqətən də dövlətçiliyə bağlı xalqdır. Azərbaycan türkləri öz dövlətini qurdular və bütün dünyaya örnək olaraq demokratik respublika yaratdılar. Türklərdə dövlət müqəddəsdir və dövlətə baba timsalında yanaşırlar. Hətta dünyanı VI-VII əsr öz əsarəti altında saxlayan Osmanlıdan da ötəri bir demokratik respublikanı türk toplumları içərisində ilk olaraq dünyaya bəyan edən Azərbaycan türkləri oldu. Bunlar hamısı fəxarət hissi ilə bu millətin hansı potensiala malik olduğunu ortalığa qoydu. Gələn il 100 illiyimizi qeyd edəcəyik. Bu da həqiqətən dövlətimiz üçün yubiley əsridir. 100 illiyə Azərbaycan bütün sferalar üzrə hazırlaşmalıdır. Bu hazırlıqlar Azərbaycanın siyasi sistemində islahatlar ili və demokratik idarəetmə sistemi bərqərar olmalıdır. Gələn il bütün dünyanın Azərbaycana demokratik respublika kimi yanaşmasını istəyirəm. Azərbaycan yaxın 10 illərdə ciddi sürətlə böyük iyirmilərin sırasına düşəcək. Biz bunu bir çox idman və mədəni yarışlarla bütün dünyaya göstərdik. Artıq siyasi sistemin inkişaf məsələsini də ortalığa qoymalıyıq. Azərbaycanı bir çox sevməyən düşmən ölkələr var. Bunun üçün də siyasi qüvvələr arasında dialoq mühiti bərqərar edilməlidir. Sonda onu da qeyd etmək istəyirəm ki, Rəsulzadəyə qarşı qərəzli yanaşmalar var. Bu yanaşmaları ortaya qoyan insanlar konkret şəbəkələrin siyasi sifarişini yerinə yetirirlər. Bu, Azərbaycanda bir növ gündəmi dəyişmək üçün istifdə olunan üsullardır. Gündəmdə Dağlıq Qarabağ problemi, Rusiyanın Azərbaycana tətbiq etdiyi təzyiqlər varkən, bu cür mövzuları ortalığa atmaq lazımsızdır. Rəsulzadə yoxdan bir bayraq var edən dəyərli şəxsiyyətdir. Onun rəhbərlik etdiyi bütün siyasi komanda Azərbaycanın başı üzərində son nəfəsədək "Bir kərə yüksələn bayraq bir daha enməz" şüarı ilə gözlərini yumublar. Rəsulzadənin Azərbaycandan hansısa korporativ məqsədləri üçün heç bir gözləntisi olmayıb. O heç bir təmənna ummadan Azərbaycanı sevib". 

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İdmançımız Gürcüstanda gümüş medal qazanıb

Azərbaycan kikboksçusu Ümid Bağırov beynəlxalq turnirdə uğurla çıxış edib.   Sfera.az xəbər verir ki, idmançımız Gürcüstanın Qardabani şəhərində keçi...

Hansı kərə yağını almaq daha yaxşıdır?

Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağı keyfiyyətsiz məhsuldur və buna görə də onu mağazalardan almağa qorxurlar.   ...

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...