İstanbulun məşhur körpüsü Azərbaycan bayrağının rənglərinə bürünəcək

İstanbulun məşhur körpüsü Azərbaycan bayrağının rənglərinə bürünəcək
Sabah Türkiyənin İstanbul şəhərindəki Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanacaq.

Report-un məlumatına görə, aksiya Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May -Respublika Günü münasibətilə təşkil olunacaq. 

Belə ki, saat 20:00-dan səhər açılana kimi körpü üçrəngli bayrağın işıqlarına boyanacaq.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR