DTX rəisi Azərbaycandakı casuslardan danışıb
10:01 / 27.05.2017
1194
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Azərbaycan ordusunda bəzi hərbçilərə qarşı keçirilən əməliyyatla bağlı açıqlama verib.
M.Quliyev bildirib ki, əməliyyatı Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi həyata keçirib:
"Möhtərəm Prezidentimizin tapşırığı ilə bu tədbirlər keçirildi. Bilirsiniz ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdur. Təbii ki, burada casuslar da var. Biz onları zərərsizləşdiririk. Bunlar həyata keçirilən tədbirlərin nəticəsidir". (report)
Sfera.az