Tramp bu məktubla Bakıya mühüm mesaj verib - Politoloq

Tramp bu məktubla Bakıya mühüm mesaj verib - Politoloq

28 may Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.

Sfera.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.


Siyasi şərhçi Rusiya, ABŞ və Ukrayna prezidentlərinin məktubu arasındakı fərqləri qeyd edib:

"Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iqtisadiyyat və sosial sahələrdə uğurlar qazandığını vurğulayıb. Putinin ən yadda qalan cümləsi budur: "Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır”.

ABŞ Prezidenti Donald Trampın Putin qədər Cənubi Qafqaz və Azərbaycan haqqında detallı bilgisi yoxdur. Buna baxmayaraq, Trampın müşavirlərinin hazırladığı məktubda daha önəmli məqamlar var.


Birincisi, məktubda deyilir ki, Amerika ilə Azərbaycan beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparırlar.

İkincisi, "biz Azərbaycan xalqının yanındayıq” deyilən məktubda Azərbaycan Avropanın yeni enerji mənbəyi adlandırılır.

Üçüncüsü, Trampın məktubunda Amerikanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəklədiyi bildirilib. Belə baxanda Trampın məktubunda Azərbaycanla əməkdaşlığın konkret iqtiqamətləri vurğulanıb. Putinin məktubunda bu detallar yoxdur və heç Dağlıq Qarabağ da xatırlanmır.


Ukrayna Prezidenti Pyotr Poroşenko isə Qarabağ məsələsində fikrini konkret ifadə edib: "Azərbaycan Respublikası üçün milli məsələ olan və Ukraynanın da bununla bağlı mövqeyinin dəyişilməz olduğu ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsinin həllinə yardım edəcək”. Nə Putinin, nə də Trampın məktubunda Azərbaycanın ərazi bütövlüyü barədə bu qədər açıq ifadə var”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR