ABŞ-dan Türkiyə əleyhinə - Qətnamə

ABŞ-dan Türkiyə əleyhinə - Qətnamə

ABŞ Xarici Əlaqələr Komitəsi Türkiyənin Vaşinqtondakı insidentinə görə Ankaranı pisləyən qətnamə qəbul edib.

Sfera.az xəbər verir ki, qətnamə komitənin dünənki iclasında qəbul olunub.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı Türkiyə səfirliyi qarşısında PKK tərəfdarı etiraz aksiyası keçiriblər. PKK tərəfdarları ilə eyni vaxtda türklərin də ölkələrinə dəstək aksiyası baş tutub. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb.

Qarşıdurmanı ABŞ polisi yalnız müşahidə edib. Buna cavab olaraq Ərdoğanın mühafizəçiləri qarşıdurmaya müdaxilə edərək, tərəfləri sakitləşdiriblər.

Amerikalı siyasətçilər isə Türkiyə prezidentinin mühafizəçilərinin aksiyaçılara müdaxiləsini kəskin qınayıblar. Hətta buna görə Türkiyə səfirinin ölkədən çıxarılması da tələb edilib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR