Putin İlham Əliyevə təbrik məktubu ünvanladı
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Xalqınızın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycanın iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamıya məlumdur. Sizin ölkəniz dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır.
Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf edir. Bütün səviyyələrdə məzmunlu siyasi dialoq, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq tənzimlənib.
Əminəm ki, birgə səylərimizlə ikitərəfli əməkdaşlıq əlaqələri kompleksini bundan sonra da inkişaf etdirəcəyik. Bu, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məcrasında ölkələrimizin dost xalqlarının köklü mənafelərinə uyğun olaraq cərəyan edir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına sülh və əmin-amanlıq arzu edirəm”.
Sfera.az