"Prezidentin çıxışı Ermənistana ciddi bir mesajdır" - Millət vəkili
16:53 / 24.05.2017
1086
"Prezidentin söylədiyi fikirlər Azərbaycanın bu günki reallığını tam parlaqlığı ilə əks etdirir. Azərbaycan standartlar ortaya qoydu. Bu təkcə qonaqpərvərlik deyildi, ümumən, beynəlxalq tədbirlərin keçirilməsinə yanaşma idi".
Bu sözləri Sfera.az-a Prezident İlham Əliyevin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündəki nitqini şərh edən millət vəkili Aydın Mirzəzadə söyləyib.
Millət vəkili Azərbaycanın yeni müstəqil ölkə olduğunu qeyd etdi:
"İlham Əliyevin qısa zaman ərzində ölkənin ifrastrukturunun dəyişməsi, təhsilin, mədəniyyətin səhiyyənin inkişafı üçün müəyyən işlərin görülməsi , gənc nəslin sağlamlığının təmin edilməsi, eyni zamanda idmanın inkişafına böyük diqqət yetirməsi Azərbaycanın uğur qazanmasına səbəb oldu. Azərbaycan təkcə iştirakçı deyil, qəbul edən ölkədir. Hətta iştirakçı ölkələr yenidən Azərbaycanda hər hansı oyunların keçirilməsini istəyirlər. Şübhəsiz ki, bu da ölkə başçısının yürütdüyü siyasətin nəticəsidir. Bunun nəticəsində də Azərbaycan cəlbedici ölkəyə çevrilib. Cənab Prezidentin görüşdə dediyi kimi, bu gün Azərbaycanı görən idmançılar və idmanı seyr edənlər, sabah turist kimi gəlməyə çalışacaqlar. Artıq ev və vətəndaşlıq almaq, investisiya yatırmaq istəyən insanların sayı dayanmadan artır. Bir sözlə Azərbaycan müstəqillikdən istifadə etməyi və reallığa çevirməyi dünyaya göstərdi. Bu dünya birliyində nüfuzumuzun artması, Azərbaycanla digər dövlətlərin əlaqələrinin gücləndirilməsidir. Eyni zamanda Azərbaycanın öz hüquqlarını qorumaq üçün bütün vasitələrdən istifadə edəcəyinə dair çağırışıdır. Xaricdəki anti-Azərbaycan qüvvələrinə, torpağımızı işğal edən və beynəlxalq hüquq normalarına hörmət etməyən Ermənistana ciddi bir mesajdır".
Gülnarə Eynullaqızı
Sfera.az