"İslamiada Azərbaycanın aparıcı dövlət olduğunu göstərdi" - Politoloq

"Bakıda keçirilən  IV İslam Həmrəyliyi Oyunlarının siyasi və geo-siyasi əhəmiyyəti var. Prezident oyunların açılışında və bağlanışında tədbirin mahiyyətində yatan fəlsəfəni açıqladı və bildirdi ki, bu İslam dünyasına xidmət edən bir tədbirdir"

Bu sözləri Sfera.az-a Prezident İlham Əliyevin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündəki nitqini şərh edən politoloq Natiq Miri söyləyib.

Politoloqun fikrincə, bu islam coğrafiyasında çox önəmli bir hadisə idi:
"Ən azından bütün islam dövlətlərini bir müddətlik problemlərdən uzaq tutdu və göstərdi ki, biz bir olmalıyıq. Çünki islamın gərəyi birlikdir.  Azərbaycanda bu oyunların keçirlməsinin yeganə məqsədi də islam dövlətlərinin bur mövqedən çıxış etməsi idi. Bütün islam dövlətləri bu niyyəti alqışladılar. Prezident Azərbaycanda idmanın hansı səviyyədə inkişaf etməsini ortaya qoydu. 24-25 il bundan öncə müstəqillik əldə etmiş Azərbaycan dövləti bütün idman növləri üzrə birinci oldu. Qısa müddət ərzində idmanın bu səviyyədə inkişaf etməsi cənab Prezidentin göstərdiyi qayğı sayəsindədir. İdman və mədəniyyət bir ölkənin təqdimatıdır. Biz bütün dünyaya öz idman və mədəniyyətimizi göstərdik. İslamiada Azərbaycanın dünyəvi inkişaf etmiş ölkə, idman səviyyəsində gücünü, bütövlükdə idarəetmədə və təşkili məsələlərdə və İslam dövlətləri içində aparıcı dövlət olduğunu göstərdi". 

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR