Nazarbayev İrana bu malın satışını dayandırıb
Dünya
13:37 / 24.05.2017
1013
Qazaxıstan İrana sarı kek ixracatını dayandırıb.
Bu barədə məlumatı Britaniya mətbuatı yayıb.
Rəsmi Astananın bu addımı ABŞ Prezidenti Donald Trampın İran əleyhinə tətbiq etdiyi siyasətin nəticəsi kimi izah edilir.
Qeyd edək ki, sarı kek qatılaşdırılmış uran oksidinə verilən addır. Bu maddədən uranın zənginləşdirilməsi zamanı istifadə edilir.
İranla Qazaxıstan arasında razılaşmaya əsasən, Astana Tehrana 950 ton sarı kek verməli idi. Qazaxıstan indiyə qədər İrana yalnız 60 ton sarı kek verib.
Sfera.az