Bakı Şəhər Halqasından paytaxt sakinlərinə - Müraciət

12:44 / 24.05.2017
678
Azərbaycanda "Formula 1" yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar şəhər sakinlərinə müraciət edib.
Müraciətdə bildirilir ki, bu gün gecə saatlarına qədər "Azneft" dairəsi ətrafında yarışa hazırlıqla bağlı tikinti-quraşdırma işləri aparılacaq.
Bu səbəbdən həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. (report)
Sfera.az